CƏMİYYƏT


Cari ildə 2121 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, yəni 2121 nəfər şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslərdən 1935 nəfəri, o cümlədən 85 nəfər əlilliyi olan şəxs üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Son 6 ayda nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilənlərin sayı isə 186 nəfər olub. Ümumilikdə peşə təliminə cəlb edilənlərin 271 nəfərini və ya 12,8 faizini əlilliyi olan şəxslər təşkil edib.

İşaxtaran və işsiz vətəndaşlar lazımi peşə və ixtisasları olmadıqlarına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda, yaxud işaxtaranın peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olduqda, eləcə də işaxtaran əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunurlar.

Qeyd olunanlarla yanaşı, yanvar-iyun aylarında nazirlik tərəfindən əksəriyyəti orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 59058 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.