CƏMİYYƏT
Cari ilin iyulunda 5 milyon kvadratmetrə yaxın ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cari ilin iyul ayı ərzində 4 milyon 733 min 250 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Ay ərzində 155 PHS aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 485 minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib.
İndiyədək cəmi 296 milyon 137 min 250 kvadratmetr ərazi təmizlənib, 713 min 32 mina və PHS tapılıb zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə şəhərində, Ağdam, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
İyulda bir mina və PHS hadisəsi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]