SİYASƏT


Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz atəşə tutulub VİDEO

Bakı, 31 may, AZƏRTAC

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.

Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.