CƏMİYYƏT


Cenevrədə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir

Bakı, 6 iyun, AZƏRTAC

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayıb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AZƏRTAC-a bildirib ki, nümayəndə heyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri daxildir.

Sessiyada BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələrinin, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyətinin müzakirəsi nəzərdə tutulub. “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi, BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirə də tədbirin gündəliyinə daxildir.

Sessiyanın gündəliyində BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilərin keçirilməsi və digər məsələlər də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.