CƏMİYYƏT
Cəzaçəkmə müəssisəsində dama və şahmat turnirləri keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına müvafiq olaraq 10 saylı cəzaçəkmə müəssisəsində dama və şahmat turnirləri keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, olimpiya sistemi üzrə keçirilən turnirlərin bağlanış mərasimində cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Əsgərov, BŞGİBİ-nin məsul əməkdaşları Salman Əbdülov, Tahir Tahirov, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru, ədliyyə kapitanı Ramin Osmanov, 10 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Vüsal Mahmudov məhkumların asudə vaxtının səmərəli təşkilində və idmana maraqlarının artırılmasında belə tədbirlərin böyük rol oynadığını vurğulayıblar.
Sonda qaliblər Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunublar.