CƏMİYYƏT


Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutulub

Bakı, 10 avqust, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 113 cinayət faktından 26-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.