İQTİSADİYYAT


“Citibank” gələn il neftin orta qiymətinin 60 dollar/barrel olacağına inanır

Bakı, 20 dekabr, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın qabaqcıl banklarından olan “Citibank” 2017-ci ildə neftin orta qiymətinin 60 dollar/barrel səviyyəsində olacağını nəzərdə tutur. Banka görə, neftin qiyməti hətta 70 dollar/barrel səviyyəsini də keçə bilər.

AZƏRTAC xəbər verir ki, bankın hesabatına əsasən, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və kartelə üzv olmayan 11 neft hasilatçısı ölkələr Vyana razılaşmasına tam əməl edərlərsə, gələn ilin birinci rübündə dünyada neft ehtiyatları üçdəbir dəfə azala bilər. Razılaşma neft bazarında tarazlığın tezliklə bərpa olunacağından xəbər verir.

Hesabatda bildirilir ki, neft hasilatçısı ölkələr əldə etdikləri razılaşmaya tam əməl etməsələr, yəni istehsalı gündəlik 1,8 milyon barrel azaltmasalar belə dünya üzrə neft ehtiyatları proqnozlardan daha sürətlə azalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.