CƏMİYYƏT


Cocuq Mərcanlıda 1124 qəlpə aşkar edilib

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) mayın 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, gün ərzində Cocuq Mərcanlı kəndində 1124 ədəd qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Cəmi 36 min 474 kvadratmetr (3,65 hektar) ərazi tam təmizlənib, 21 min 500 kvadratmetr (2,15 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Cəmi 98 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. 105 min 993 ədəd qəlpə, 71 partlamamış hərbi sursat (5 ədəd 82 millimetrlik minaatan mərmi (OF-832), 25 ədəd 82 millimetrlik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ), 2 ədəd 120 millimetrlik minaatan mərmi (OF-843), 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 millimetrlik zenit top mərmisi (OFZT), 1 ədəd 100 millimetrlik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 millimetrlik silah qumbarası (VOQ-17) 1 ədəd 122 millimetrlik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 24 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.

İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 milyon 288 min 745 kvadratmetr (228,87 hektar) ərazi tam təmizlənib. 1 milyon 243 min 940 kvadratmetr (124,39 hektar) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.