Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 13-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 16 min 800 kvadratmetr ərazi tam təmizlənib, bir piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Cocuq Mərcanlıda iyirmi altı gün ərzində 11 partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7), 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 486 min 680 kvadratmetr ərazi tam təmizlənib, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində, 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 13-dək ölkə üzrə, ümumilikdə, 7532 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 658 min 368 kvadratmetr ərazi yoxlanılıb.