CƏMİYYƏT


Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib

Daşkənd, 31 dekabr, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) ilə birgə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan şənlikdə 150-dən çox azərbaycanlı uşaq və onların valideynləri iştirak edib.

AMM-in direktoru Samir Abbasov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik, dərslərində əlaçı olmağı, valideynlərinə sevinc və şadlıq bəxş etmələrini arzulayıb.

RAMMM-in icraçı direktoru Firdovsi Hüseynov da xoş arzularını çatdırıb, təmsil etdiyi qurumun işi haqqında məlumat verib.

Sonra bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız və cizgi filmlərinin qəhrəmanları uşaqları əyləndiriblər.

Şənlikdə mahnı, şeir və rəqs yarışmaları keçirilib, qaliblərə hədiyyələr verilib.

Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Şənliyin sonunda Şaxta baba və Qar qız uşaqlara Yeni il hədiyyəsi veriblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.