Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Davos Forumu: Prezidentin tarixi çıxışı

Davos Forumu: Prezidentin tarixi çıxışı

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilib. 45-ci ənənəvi illik Forumun əsas mövzusu “Yeni qlobal kontekst” olub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Dövlət başçısı Forumun sessiyalarında çıxış edib. Onlardan biri “Regionların transformasiyası: Avrasiya” adlanırdı. Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən Prezident İlham Əliyevi tədbirdə iştirak edənlər diqqətlə dinləyib, öz münasibətlərini bildiriblər. Onların hər biri ölkə rəhbərinin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayıblar.

Əhəmiyyətli tədbir: dünyanı narahat edən məsələlərin müzakirəsi

Davosda keçirilən Dünya İqtisadi Forumunda, bir qayda olaraq, hər kəsi narahat edən məsələlər müzakirə olunur. Bu il keçirilmiş tədbir isə daha aktual təsir bağışlayırdı. Bunun əsas səbəbi dünyanın çoxlu sayda qlobal problemlərlə üz-üzə qalmasındadır. İsveçrənin bu şəhərinə toplaşanlar həqiqi mənada vacib problemləri müzakirə ediblər. Əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulmuş Dünya İqtisadi Forumu siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələləri gözdən keçirib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə və Almaniyaya uğurlu səfərlərindən sonra Davosda da öz dərin məntiqli çıxışı ilə diqqəti cəlb edib. Dövlət başçısının iştirak etdiyi iclaslarda iştirakçıların Azərbaycanla bağlı gedən proseslərə böyük maraq göstərdiyi açıq hiss olunub. Bunun fonunda Prezident İlham Əliyevin söylədiyi fikirlərə münasibət, heç şübhəsiz, maraq doğururdu. O cümlədən ölkə başçısının sessiyada “Regionların transformasiyası: Avrasiya” mövzusunda nitqi diqqətlə dinlənilib.

Dövlət başçısı, hər şeydən əvvəl, Azərbaycan üçün çox ağır olan 1990-cı illəri xatırladıb. O zamanlar Azərbaycan dövlətinin qarşısında xeyli çətinliklər yaranmışdı. Əsas məqsəd siyasi sistemin transformasiyasına nail olmaqdan ibarət idi. Ancaq bu, o qədər mürəkkəb şərtlər altında həyata keçirilməli idi ki, yeni inkişaf səviyyəsinə çıxmaq mümkün olsun. Təcrübə göstərdi ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəldi. Bu kontekstdə Prezidentin aşağıdakı fikirlərini xüsusi vurğulamaq gərəkdir: “Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər”.

Burada Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi tarixi nailiyyətlərin qısa məzmunu ifadə edilib. Çünki söhbət sadəcə dəyişikliklərdən deyil, bütövlükdə sistemi yeniləşdirən və ardıcıl olaraq reallaşdırılan proqramlardan gedir. Bu aspektdə Prezidentin vurğuladığı kimi, “əsas çağırışları aradan qaldıran” dövlət qurmaq böyük ustalıq tələb edir. Həmin müstəvidə Davosdakı Forumda Azərbaycanın belə bir səviyyədə iştirakı ayrıca diqqətə alınmalıdır. Söhbət Azərbaycanın hansı çətinliklərə sinə gərməsindən gedir? Bu sualın cavabı Prezident İlham Əliyevin çıxışı boyu konkret nümunələrlə verilib.

Sirr deyil ki, hazırda dünyanın əksər dövlətləri iqtisadi böhrandan və o cümlədən neftin qiymətinin ucuzlaşmasından əziyyət çəkir. Müxtəlif ölkələrdə həyat tərzi sürətlə aşağı düşür, milli valyutalar ucuzlaşır. Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bir şey aydındır - bütövlükdə dünya mürəkkəb sosial-iqtisadi vəziyyətə düşüb. Təbii ki, belə şəraitdə ayrıca ölkə daxilində sabitliyi qoruyub saxlamaq olduqca müşkül işdir.

Lakin məhz Azərbaycan rəhbərliyi buna nail olur. Dövlət başçısı xüsusi qeyd edib ki, həm daxili siyasətdə sosial-iqtisadi inkişafı təmin edən tədbirlər həyata keçirilir, həm də xarici ölkələrlə əlaqələr yeni səviyyəyə qaldırılır. Bu bağlılıqda iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması prinsipial əhəmiyyət kəsb edir. Azərbaycanın bu siyasətini bütün dünya üçün nümunə hesab etmək olar.

Prezident İlham Əliyev ürəkləri fəth edib

Birincisi, ona görə ki, müstəqilliyini əldə etmiş bir dövlət xarici siyasətdə yalnız qarşılıqlı faydalı əməkdaşlıq əsasında proqnozlaşdırıla bilən mühit yaratmaq kursu götürüb. Müqayisə üçün deyək ki, Ermənistandan bu cür davranış gözləmək əbəsdir. Bu kiçik ölkənin əsas məqsədi qonşulara qarşı müxtəlif iddialar irəli sürməklə öz varlığını təmin etməkdir. Belə bir xəttin perspektivi olmadığını hər kəs bilir, lakin rəsmi İrəvan başqa siyasətə qadir deyil.

İkincisi, Azərbaycan həyata keçirdiyi nəqliyyat və enerji layihələri ilə müxtəlif regionlar arasında əlaqə yaradır. Bu da ancaq böyük və qüdrətli dövlətlərə xas olan davranışdır. Prezident İlham Əliyevin həmin aspektdə “Cənub” qaz dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin adını çəkməsi təsadüfi deyil. Hər iki layihə Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır. Yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Bakı bu planlarını reallaşdırmaqda israrlıdır. Dövlət başçısı həmin məqamı çıxışında ayrıca vurğulayıb.

Bunlarla yanaşı, Azərbaycan rəhbəri iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində həyata keçirilən proqramlardan da danışıb. O deyib: “İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Neft qiymətlərindən asılılığımız get-gedə azalır. Beləliklə, iqtisadiyyatımızın böyük bir qismi qeyri-enerji sektoru tərəfindən təmin edilir”.

Deməli, Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək.

Bizcə, Forum iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin nitqi ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir. Məsələn, Avropa Komissiyasının keçmiş sədri Joze Manuel Barrozu vurğulayıb ki, “bu səbəbdən, biz enerji təchizatı marşrutlarının şaxələndirilməsi təşəbbüsünə əvvəlcədən dəstək vermişik. 2012-ci ilin yanvarında mən Prezident İlham Əliyevlə “Cənub” qaz dəhlizi ilə əlaqədar sənəd imzaladıq”. Tədbirdə Qazaxıstanı təmsil edən iqtisadi inteqrasiya məsələləri üzrə nazir Janar Aytjanova isə xüsusi qeyd edib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas vəzifə milli iqtisadiyyatın şaxələndirilməsi və daha yaxşı investisiya mühitinin yaradılmasıdır. Bu, regionda çağırışların aradan qaldırılmasına dair Qazaxıstanın yanaşması və mövqeyidir”.

Bütün bunların fonunda ölkə başçısı çıxışında təhlükəsizlik və terrorla mübarizəyə dair aktual fikirlər söyləyib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini coğrafi və metodoloji baxımdan dəqiq qiymətləndirib. Hesab edirik ki, bu, bütövlükdə münaqişələrin həlli tarixində ayrıca vurğulanmalı məqamdır. Çünki Prezident İlham Əliyev siyasətçilər sırasında ilk olaraq həmin münaqişənin geosiyasi təsir dairəsini nəzəri və praktiki aspektlərdə dolğun açıqlayıb. Real olaraq Cənubi Qafqazda mövcud olan bu problem bütövlükdə dünyanın nizamını poza bilər. Çünki müasir dövr cüzi dəyişikliyə belə çox həssasdır.

Bununla yanaşı, məsələ Azərbaycanla Ermənistanın dövlət kimi fəaliyyətlərinin məzmunu ilə əlaqəlidir. Ermənistan regionda radikal, təcavüzkar, kənar qüvvələrdən asılı siyasətin təmsilçisidirsə, Azərbaycan tam müstəqilliyi hədəfləyən kurs həyata keçirir. Bir-birinə diametral əks mövqedə olan bu faktorlardan böyük dövlətlər hər an istifadə edə bilərlər. Məhz bu mənada münaqişənin geosiyasi təsir dairəsi bütün dünyanın əhatə edir. Bu münaqişə həll edilmədikdə, yeniləri yaranacaq. Yəni problemin ədalətli həlli yalnız Azərbaycanın deyil, dünyanın marağında olmalıdır.

Prezident İlham Əliyev həmin kontekstdə onu da vurğulayıb ki, indi mövcud olan təhdidlərə qarşı bir yerdə mübarizə aparmaq lazımdır. Onlar əvvəlcədən məlum idi. Əgər ikili standartlar siyasəti olmasaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı. Bizcə, dövlət başçısının bu fikirlərindən ciddi nəticələr çıxarılmalıdır - Qərb ədalətli və şəffaf siyasət həyata keçirməlidir.

Həmin məqamları sessiyada iştirak edənlər hiss ediblər. Onlar verdikləri suallar və etdikləri çıxışlarla bunu nümayiş etdiriblər. Baş verənlərdən aydın görünürdü ki, bir sıra dairələrin Azərbaycana qarşı apardığı “qara piar” kampaniyası gözlənilən nəticəni vermir. Bu da təbiidir, çünki “yalan ayaq tutar, ancaq yeriməz”.

Beləliklə, Davos Forumu Azərbaycan üçün əhəmiyyətli oldu. Biz ölkə rəhbərinin həmişə dərin məzmunlu nitqlər söylədiyini yaxşı bilirik. Bu dəfə də böyük bir beynəlxalq tədbirdə Prezident Azərbaycanın adını yüksəklərə qaldırdı.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO