Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Davos “dəhşəti”, yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında

Davos “dəhşəti”, yoxsa yeni ümid yolu: dünya sistemli dəyişmə astanasında

İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Forum başa çatıb. Burada 140 ölkədən 2500 nümayəndə, 50 dövlət başçısı iştirak edib. Forumun əsas şüarı “Qayğıkeş və məsuliyyətli liderlik” olub. İştirakçılar Çin rəhbərinin “Epoxal məsuliyyəti birlikdə daşıyaq, qlobal inkişafı birgə irəlilədək” adlı məruzəsini maraqla dinləyiblər. Onun ifadə etdiyi fikirlərin dünyanın yeniləşməsinə və ayrıca qloballaşmaya ciddi təsir edəcəyini deyirlər. Lakin bir sıra mütəxəssis Davos forumunda “dəhşətin yaşandığı” qənaətindədirlər. Bütövlükdə tədbir haqqında mövqelər fərqlidir. Ancaq hər kəs innovasiyalı, açıq, ədalətli və tolerant cəmiyyətin yaradılmasına böyük ehtiyacın olduğunu düşünür. Bu zərurət fonunda Davos Forumunun qiymətləndirilməsi aktual görünür.

“Dünya dağılır”: mütəxəssislərin Davos həyəcanı

Davosda keçirilən ənənəvi beynəlxalq iqtisadi forum yanvarın 20-də işini başa çatdırıb. Adətən bütün dünya iqtisadçıları və siyasətçilərinin marağına səbəb olan bu silsilə tədbirlər qlobal əhəmiyyətli və əksər hallarda strateji xarakterli sosial-iqtisadi, geosiyasi, mədəni, ekoloji və s. problemlərin aktiv müzakirə məkanı olur. Builki forum isə onu başqalarından fərqləndirən yeni bir parametrlə yadda qaldı. Davosda mütəxəssislər dünyanın hazırkı vəziyyəti və onu gələcəkdə gözləyən təhlükələrdən geniş danışıblar. Hətta xüsusi məruzədə gözlənilən təhlükələrin analizi verilib. Bu müstəvidə ekspertlərin böyük marağına səbəb olan iki özəlliyi vurğulamaq lazım gəlir.

Onlardan birincisi dünyada vəziyyəti dəyişə biləcək ziddiyyətlərin təsnifi ilə bağlıdır. İkincisi Çin rəhbəri Si Szinpinin qloballaşma ilə bağlı irəli sürdüyü hay-küylü tezislərlə əlaqəlidir. Hər iki məsələ reallıqda bir-biri ilə sıx bağlıdır. Onları qarşılıqlı əlaqədə təhlil etmək daha doğru olardı.

“Rosnano”nun idarə heyətinin sədri Anatoli Çubays “BFM”-ə verdiyi müsahibədə narahatlıqla deyib ki, “Davos iştirakçıları arasında bir dəhşət dolaşır” (bax: Чубайс рассказал о царящем в Давосе ужасе / “Lenta.ru”, 20 yanvar 2017). Bu kontekstdə indiki tədbiri o, 2009-cu ildə keçirilənlə müqayisə edib. A.Çubays deyib: "Bəli, indi 2017-ci ildə dəhşətin dərəcəsi 2009-cu ildəki dəhşətin dərəcəsinə bərabərdir. Bütün bunlar aşağıdakı formullarla ifadə edilir: İkinci dünya müharibəsindən sonra qurulan dünya dağılır, artıq o, yoxdur" (bax: əvvəlki mənbəyə).

Məlumdur ki, yeni dünya nizamının formalaşmaqda olduğu barədə bir çox analitik, siyasətçi və ekspertlər xeyli vaxtdır ki, bəhs edirlər. Lakin A.Çubaysın dedikləri ona görə maraqlı və düşündürücüdür ki, o, köhnə dünya nizamının dağılmasının konkret ifadəsini Davosdakı forumda Çin lideri Si Szinpinin çıxışında görür. Özü də bu fikirdə yalnız rusiyalı nümayəndə deyil. Böyük əksəriyyət Si Szinpinin söylədiklərini ümumən dünya iqtisadiyyatına yeni yanaşma kimi qiymətləndirirlər.

Konkret olaraq, Çinin qloballaşmanın əsas leytmotivinə çevrilməkdə olduğunu iddia edirlər. Bu, özlüyündə çox prinsipial və əsaslı tezisdir. Səbəbi ondan ibarətdir ki, müasir anlamda işlənən “qloballaşma” termini birbaşa Qərblə əlaqəlidir. Hətta qloballaşmanı “vesternizasiya” kimi qələmə verənlər də az deyil. Belə hesab edilirdi ki, qloballaşma vasitəsilə Qərb öz dəyərlərini məcburi surətdə dünyaya yeritməyə çalışır.

İndi isə Çin rəhbəri təklif edir ki, qloballaşmadan imtina edilməsin, əksinə, ondan elə yararlanılsın ki, nəticədə, dünya ölkələri yeni səviyyədə inteqrasiyaya nail olsunlar. Bunun üçün Si Szinpin əsas şərt kimi böyük dövlətlərin başqasından süni istifadə etməkdən, tamahkarlıqdan, öz xeyrinə qazanc əldə etməkdən və liderlik ambisiyalarından imtina etməsini qoyur! (bax: Выступление Си Цзиньпина: Китай входит в новую эру? / "Vestifinance.ru", 18 yanvar 2017).

Qloballaşmanın lideri: Çin təşəbbüsü ələ alır?

Çinin dövlət başçısı tədbirdəki çıxışında ayrıca vurğulayıb: “Həqiqətən iqtisadi qloballaşma yeni problemlər yaradıb, ancaq bu, ondan tamamilə imtina etmək üçün səbəb deyil. Əksinə, biz iqtisadi qloballaşmaya adaptasiya olmalı və onu idarə etməliyik, onun mənfi nəticələrini yumşaltmalı və bütün ölkələr üçün üstünlüyünü təmin etməliyik” (bax: əvvəlki mənbəyə).

Pekin bunu yalnız sözdə demir. Son illər onun fəaliyyəti çox genişlənib. Artıq Avropa İttifaqı ilə Çin arasındakı ticarət dövriyyəsi 600 milyard ABŞ dolları həcmindədir. Amerika ilə də iqtisadi-ticari əlaqələr genişdir. Bundan başqa, “Yeni İpək Yolu” layihəsi Çini Asiya, Avropa, Amerika və Afrika ilə yeni səviyyədə birləşdirməlidir. Həmin layihədə iştirak etmək üçün bir sıra dövlətlər arasında rəqabət getdikcə daha da güclənir.

Həmin kontekstdə digər maraqlı məqam odur ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Çin rəhbərinin çıxışı ilə təqribən eyni vaxtda qloballaşmaya maneə olan fikir bildirib. O deyib ki, Amerika Çindən gələcək mallara 45% vergi tətbiq edəcək. Eyni münasibəti D.Tramp Meksika və Almaniyadan idxal edilən avtomobillərə də göstərəcəyini söyləyib. A.Çubays Vaşinqtonun bu xəbərdarlığını obrazlı belə ifadə edib: “Dünyanın astarı üzünə çevrilib” (bax: Чубайс рассказал о царящем в Давосе ужасе / "Lenta.ru", 20 yanvar 2017).

Bütövlükdə isə ekspertlər bunu Vaşinqtonun qloballaşmanın liderliyindən çəkilərək yeri Pekinə təslim etməsi kimi qiymətləndirirlər. Səbəbi nədir? Həmin bağlılıqda əsas olaraq Çinin bir sıra sahələrdə artıq dünya liderliyini ələ almasını göstərirlər. ABŞ isə onu irəli çəkib, əlavə problemlər yaratmaq fikrindədir. Bu problemlər iqtisadi ilə yanaşı, hərbi-geosiyasi və maliyyə xarakterli də ola bilər. Məhz bu kontekstdə Vaşinqtonun Uzaq Şərqdəki güclü müttəfiqləri Yaponiya və Cənubi Koreyanı, hətta Hindistanı belə prosesə cəlb edə biləcəyini proqnozlaşdırırlar.

Lakin bir sıra analitiklər ABŞ-ın geri çəkilməsinin əsas səbəbini başqa faktorlarla izah edirlər. Onlar vurğulayırlar ki, Qərbi, ümumiyyətlə, “sistem böhranı” bürüyüb (bax: Некоторые итоги 2016 года / Портал МГИМО, 12 yanvar 2017). Onun əsas əlamətləri kimi ABŞ və Avropada orta sinfin vəziyyətinin pisləşməsini, demoqrafik situasiyanın gərginləşməsini, Qərbin siyasi dairələrinə inamın azalmasını, geosiyasi sferada uğursuzluğunu və nəticədə, "Qərbin təsirinin məhdudlaşması və dünya arenasında getdikcə Rus, Çin, Hind, İslam sivilizasiyalarının daha aktiv fəaliyyət" göstərməsini vurğulayırlar (bax: əvvəlki mənbəyə).

Bu müddəaların işığında dünyanın sosial-iqtisadi, geosiyasi, ticari, maliyyə və təhlükəsizliyin təmininin keyfiyyətcə fərqli səviyyəsinə keçməkdə olduğu aydın görünür. Ancaq bu məqamın Davos forumu iştirakçılarını niyə şoka saldığı elə də aydın deyil. Əslində, burada psixoloji bir faktordan danışmaq olar.

Məsələ ondan ibarətdir ki, Qərbin müəyyən dairələri müxtəlif sahələr üzrə qlobal liderliyin və təşəbbüskarlığın əldən getdiyini həzm edə bilmirlər. Onlar hələ bir neçə il əvvəl analitik və strateqlərin bir xəbərdarlığının reallığa çevrildiyini ağrılı qəbul edirlər - “qlobal geosiyasətin mərkəzi Şərq olur”! Məhz buna görə də onlar üçün “dünya dəhşətə çevrilir”.

Reallıqda isə obyektiv mövqedən baxanda bəşəriyyətin daha ədalətli bir tənzimləmə sisteminə qədəm qoyması şansı artır. Özü də burada aparıcı parametrin kim olacağı tam aydın deyil. Bu, Çin, Rusiya, Braziliya, yaxud indi elə də görünməyən başqa bir qüvvə də ola bilər. Mümkündür ki, ayrılıqda heç bir dövlət həmin funksiyanı yerinə yetirə bilməsin və təşkilatlanmaya ehtiyac yaransın, o cümlədən indi mövcud olanlardan, məsələn, BRİKS və ya ŞƏT təşəbbüsü ələ alsın. Hər bir halda, dünyanın yeni nizamlı düzənə keçməsi imkanı yüksəlib. Bu baxımdan Davos forumu “dəhşətdən” çox, ümid yarada bilər. Lakin əsas məsələ insanların bunu dərk etməsidir. Əgər liderlik iddialarında olanlar pozucu təsirlərini inkişaf etdirsələr, onda dünya doğrudan da dəhşətə bürünə bilər. Bunun baş verməməsi üzərində düşünülsə, daha yaxşı olardı.

Elsevər Abdullayev

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib