CƏMİYYƏT


Daxili Qoşunların əsgəri cüdo üzrə respublika birinciliyinin qalibi olub

Bakı, 7 iyul, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək gənclər arasında cüdo üzrə respublika birinciliyi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkə birinciliyində 46 klubdan 333 cüdoçu, o cümlədən 288 oğlan və 45 qız qüvvəsini sınayıb.

Yarışda DİN-in idman cəmiyyətinin təmsilçisi, Daxili Qoşunların idman bölüyünün əsgəri Firudin Dadaşov fərqlənib. Doxsan kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün qarşılaşmaları qələbə ilə başa vuraraq turnirin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.