DÜNYA
Dəkkə: girovların bir hissəsi azad edilib, ölənlər var
Bakı, 2 iyul, AZƏRTAC
Bu gün səhər saatlarında Banqladeşin paytaxtı Dəkkədə xüsusi təyinatlı dəstələr bir müddət əvvəl 20 nəfərin girov götürüldüyü restoranda əməliyyat keçirib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, əməliyyatın gedişində azı 5 yaraqlı öldürülüb və aralarında 2 xarici vətəndaşın olduğu 12 girov azad edilib. Polis işçiləri arasında da tələfat var.
Bir qədər əvvəl İŞİD qruplaşmasının Dəkkədəki hücumun məsuliyyətini öz üzərinə götürdüyü barədə məlumat yayılıb.
Xatırladaq ki, iyulun 1-də bir neçə silahlı şəxs Dəkkənin diplomatik rayonunda yerləşən restorana daxil olaraq müştərilərə atəş açmağa başlayıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 20 nəfərədək insan həlak olub, 30 nəfər yaralanıb, 20 nəfər isə girov götürülüb. Girovlar arasında bir neçə xarici ölkə vətəndaşının, o cümlədən 7 italyan diplomatın olduğu bildirilir.