İQTİSADİYYAT


“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

A+ A

Bakı, 16 avqust, AZƏRTAC

“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, “DəmirBank”da əmanət yerləşdirmiş müştərilər illik 17 faizədək gəlir əldə edə bilərlər. Banka bir ay müddətinə yerləşdirilmiş manat əmanətləri üzrə illik 11 faiz, birillik əmanətlərə isə illik 15 faiz təklif edir ki, bu da müştərilərə qısa müddətdə gəlirlərini artırmağa imkan yaradır.

Bu kampaniyadan istənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə “DəmirBank”ın istənilən filialında açdırmaq mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin bankda yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda məbləğindən asılı olmayaraq qorunan manat əmanətləri üzrə faiz dərəcəsinin yuxarı həddi 12 faiz təşkil edir. Müştərinin istəyinə əsasən əmanət sığortalanan faiz dərəcəsi ilə də yerləşdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.