İQTİSADİYYAT


Dənizçilik sahəsi ilə bağlı ixtisaslaşmış sayt fəaliyyətə başlayıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycanda dəniz sahəsinə aid ixtisaslaşmış seanews.az saytı fəaliyyətə başlayıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk nömrəsi 1931-ci ildə işıq üzü görən və çapına heç vaxt ara verilməyən "Dəniz" qəzetinin online versiyası olan saytda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və onun tərəfdaş şirkətləri haqqında daim yenilənən xəbərlər, maraqlı videomateriallar, dənizçi sülalələri, ən yaxşı kapitan və mexaniklər haqqında yazılar, taleyini dəniz nəqliyyatı ilə bağlayanlarla müsahibələr, gündəmə uyğun operativ açıqlamalar, maraqlı araşdırmalar nüfuzlu ekspert rəyləri yer alacaq.

"Seanews.az" da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, "Şimal-Cənub", "Şərq-Qərb" beynəlxalq dəhlizləri, Xəzərdə aparılan neft-qaz əməliyyatları barədə də mütəmadi məlumatlar yerləşdiriləcək.

Saytın köməyi ilə təkcə Azərbaycanda deyil, ayrı-ayrı ölkələrdə gəmiçiliklə bağlı xəbərləri anında əldə etmək mümkün olacaq. Məqsəd bu sahədəki yeniliklərin ilk mənbəyi olmaq, baş verənləri maksimum operativ şəkildə oxuculara çatdırmaqdır. Gələcəkdə saytın ingilis dilində versiyası da fəaliyyət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.