CƏMİYYƏT


Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxsin axtarışda olduğu müəyyən edilib VİDEO

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 19-da saat 22:00 radələrində Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həmin istiqamətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Havanın əlverişsiz olmasına baxmayaraq, texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkarlanıb və o, iyulun 20-də saat 05:15 radələrində sahilə çıxarılıb.

Aparılmış araşdırmalarla həmin şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis Şöbəsi tərəfindən 2016-cı il iyunun 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı Rayon Polis Şöbəsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.