ELM VƏ TƏHSİL
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
Bakı, 24 yanvar, AZƏRTAC
2017-2018-ci tədris ilində istifadəyə veriləcək 6-cı sinif şagirdləri üçün dərslik və həmin dərsliklər üzrə müəllim üçün metodik vəsaitlərin yeniləşdirilmiş layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb.
Bu məqsədlə həmin dərslik və metodik vəsaitlər http://trims.edu.az/site/search.php?search=ok&book_form_id=2 keçidində yerləşdirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqdim olunan keçiddən yerləşdirilmiş istənilən dərslik və metodik vəsaiti online oxumaq, PDF variantda kompüterə yükləmək, eyni zamanda, xüsusi ayrılmış sahədə təklif və iradları yazmaq mümkündür.
Təklif və iradlar [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Nazirlik geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.