CƏMİYYƏT


“Dəyərlərimiz üçün birləşək” iməcilik aksiyası keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Binəqədi rayonunda “Dəyərlərimiz üçün birləşək” adlı iməcilik aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən iməcilik aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.

Aksiya iştirakçıları Binəqədi bələdiyyəsi - Novxanı bağ massivi ərazisi, M. Ə. Rəsulzadə qəsəbəsi - İ. Hacıyev küçəsi 3126-cı məhəllə, Biləcəri qəsəbəsi - Natəvan küçəsi 20, Binəqədi qəsəbəsi- Gülüstan küçəsi 8, Xocasən qəsəbəsi - Yuxarı Sulutəpə massivi ərazisi, 28 May qəsəbəsi - 28 May qəsəbəsi, 7 və 8-ci küçələr və həmin qəsəbələrdə yerləşən qəbiristanlıqlarda iməcilik keçirib. İməcilik zamanı küçə və yollar, qəbiristanlıqlardakı məzar daşları təmizlənib və ətraflarında abadlıq işləri aparılıb.

“İslam Həmrəyliyi İli” çərçivəsində iməciliyin təşkil edilməsində əsas məqsəd qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və etnik-dini münasibətlərin hökm sürdüyünü və bunun xalqımızın özünəməxsus milli xüsusiyyətindən irəli gəldiyini nümayiş etdirmək olub.

İməcilikdə iştirak edən gənclər Biləcəri qəsəbəsində dəfn edilən tanınmış neft milyonçusu və xeyriyyəçi Ağamusa Nağıyevin qəbirüstü abidəsini ziyarət edib, təmizlik işləri aparıb və məzarın ətrafına tər çiçəklər əkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.