ELM VƏ TƏHSİL


Didaktik oyunlar uşaqlar tərəfindən maraqla qarşılanıb

Bakı, 20 may, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar üçün Binəqədi rayonundakı Heydər Əliyev parkında didaktik oyunlar təşkil edilib.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, “Oynayaraq öyrənək” layihəsi çərçivəsində keçirilən oyunlarda Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecin tələbələri moderatorluq ediblər. Oyunlar uşaqlar tərəfindən maraqla qarşılanıb.

Tələbələr layihənin birinci mərhələsində TİPİİ-nin əməkdaşları Elnarə Cavadova və Fəxri Məmmədli tərəfindən “Didaktik oyunlar. Nəzəriyyə və təcrübə” mövzusunda aparılan seminarlarda iştirak edib, müvafiq bilik və bacarıqlar qazanıblar. Hazırda layihə rəhbərləri məktəbəhazırlıq qruplarında istifadə üçün yararlı olan “Didaktik oyunlar kataloqu”nun üzərində təkmilləşmə işləri aparırlar.

“Oynayaraq öyrənək” layihəsi Bakı şəhərinin parklarında və qapalı təhsil müəssisələrində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.