CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 22-də Qəbələ rayonunda Oğuz, Şəki və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək. Qəbul saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Komitənin bölgə şöbə müdiri: Gündüz Paşayev. Telefon: (02424) 4-36-21. Mobil: (050) 222-06-46. E-mail: [email protected].