Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib

Bakı, 29 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə “Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu” mövzusunda ikigünlük seminar işə başlayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Milli Məclisinin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in şöbə müdiri Nensi Lepink və baş mütəxəssisi Valentin Mokanu, Rusiyanın Əmək Məsələləri üzrə Elmi-Tədqiqat İnstitutunun sektor müdiri Yekaterina Kuznetsova və başqaları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin ölkəmizə təsirini azaltmaqla yanaşı, əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin edir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır.

Nazir MDB-də ilk dəfə olaraq, ölkəmizdə BƏT ilə əməkdaşlıqda bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni Əmək Məcəlləsinin hazırlanaraq 1999-cu il iyulun 1-də təsdiq edildiyini, qəbul olunmazdan əvvəl Məcəllənin BƏT-in ekspertləri tərəfindən yüksək qiymətləndirildiyini söyləyib: “İndiyə qədər ölkəmiz Təşkilatın bütün 8 fundamental və 4 prioritet Konvensiyası da daxil olmaqla 58 Konvensiyasını ratifikasiya edib”. S.Müslümov Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin yaradıldığını bildirib. Ötən dövrdə Xidmətin fəaliyyətinin hüquqi əsaslarının gücləndirilməsi, “Sosial müdafiənin inkişafı layihəsi” çərçivəsində Xidmətin potensialının artırılması sahəsində görülən işləri diqqətə çatdıran nazir bildirib: “Dövlət Əmək Müfəttişliyi Xidməti 100-dən artıq üzvü olan Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasına üzv qəbul edilib və Assosiasiyada 12 ölkəni birləşdirən Cənub-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansında da təmsil olunur”.

Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinin davam etdirildiyini vurğulayan S.Müslümov BƏT ilə birgə icra olunan “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə də xüsusi əhəmiyyətini qeyd edib: “Ölkə Proqramına Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və potensialının artırılması, sosial tərəfdaşlarla məsləhətləşmələr əsasında Xidmətin fəaliyyətində profilaktik tədbirlərin gücləndirilməsi və tələblərə uyğunluğun təmin edilməsi strategiyasının hazırlanması və icrası, işəgötürənlərlə tərəfdaşlıq sazişlərinin bağlanması, şərti cərimələrin tətbiqi mexanizminin genişləndirilməsi, səmərəli nəzarət üsullarının müəyyən edilməsi ilə bağlı sosial tərəfdaşlarla məsləhətləşmələrin aparılması, əmək müfəttişliyi sisteminin hüquqi və institusional çərçivəsinin qiymətləndirilməsi və s. komponentlər daxildir. Həmin çərçivədə BƏT-in dəstəyi ilə Xidmətin fəaliyyətinın bazar iqtisadiyyatının tələblərinə uyğunluğu daha sivil formada təmin ediləcək”.

S.Müslümov bildirib ki, bununla əlaqədar Ölkə Proqramı çərçivəsində Xidmətin fəaliyyətini tənzimləyən qanunvericilik bazası və mövcud vəziyyət BƏT-in ekspertlərinin dəstəyi və yerli mütəxəssislərin səyi ilə qiymətləndirilib: “Sosial partnyorların birgə qərarı ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2017-ci il üzrə iş planında da əmək qanunvericiliyinin pozulması halları ilə bağlı şərti cərimələr sisteminin yaradılması və əmək qanunvericiliyinin pozulması hallarına yol verməyən işəgötürənlərin müəyyən dövr ərzində yoxlamalardan azad edilməsi, iş yerlərinə baxışın yoxlama aparılmadan keçirilməsi, işəgötürənlərlə sosial partnyorluq müqaviləsinin bağlanılması üzrə fəaliyyətin genişləndirilməsi və s. təkliflərə baxılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli və “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” 182 nömrəli Konvensiyaları ilə bağlı dövrü hesabatlar hazırlanarkən işləyən qadınların və uşaqların əmək hüquqlarının pozulması ilə bağlı göstəricilər tələb edilir: “Bununla əlaqədar olaraq mövcud uçot sistemində təkmilləşdirmə aparılmaqla həmin məlumatların operativ əldə edilməsi və məlumatlılığın təmin edilməsi imkanlarının yaradılması ilə bağlı işlər aparılır”.

S.Müslümov nəzərə çatdırıb ki, cari ildə Üçtərəfli Komissiyada Əmək Məcəlləsinin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərində mülki hüquqi xarakterli müqavilələr üzrə yerinə yetirilən işlərdən fərqləndirən amillərin müəyyən edilməsi, əmək münasibətlərində sahibkarlıq subyektlərinə maneə yaradan halların aradan qaldırılması, qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün onların işləməsinə qadağa qoyulan iş yerləri barədə məhdudiyyətin götürülməsi, əmək münasibətlərində birbaşa və dolayı ayrı-seçkiliyə yol verilməyən amillərin beynəlxalq normalara uyğun olaraq daha geniş şəkildə müəyyən edilməsi və s. ilə bağlı dəyişikliklər edilməklə təkmilləşdirilməsi məsələsinin də müzakirə edilməsi nəzərdə tutulur: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək və sosial müdafiə sahələrində aparılan sistem xarakterli islahatların nəticələrindən biri kimi yaradılan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi (ƏMBEİS) İKT-nin tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi olmaqla bu günlərdə BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. 2014-cü il iyulun 1-dən fəaliyyət göstərən bu sistem işəgötürənlər üçün onun tətbiqini asanlaşdıran bütün texniki şərtlər nəzərə alınmaqla və əmək münasibətlərinin yarandığı zaman yol verilən hər hansı pozuntulardan ilkin mərhələdə, eləcə də əmək münasibətləri prosesində həm işəgötürəni, həm işçiləri müdafiə edən formada hazırlanıb”.

S.Müslümov bəyan edib ki, dövlətimizin başçısının 2017-ci il iyunun 2-də imzaladığı Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı “Əmək bazarının səmərəliliyi” göstəricisi üzrə də ölkəmizin reytinqinin artırılmasına, eləcə də əmək qanunvericiliyinin inkişaf etməkdə olan bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir: “Həmin Tədbirlər Planına uyğun olaraq, cari ildə Əmək Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklərin “İşsizlikdən sığorta haqqında” Qanun qəbul edildikdən sonra həmin Qanunla paralel olaraq 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin bir aylıq orta əmək haqqından artırılaraq iki orta əmək haqqı səviyyəsində müəyyən edilməsini, bu müavinətin işdən azad edilən işçinin həmin işəgötürənlə olan əmək stajından asılı olaraq, diferensiallaşmış formada verilməsini nəzərdə tutur. Həmçinin bu dəyişikliklər işçilərin ixtisarı zamanı məşğulluq orqanından alınan arayışlar əsasında işəgötürən tərəfindən verilən ikinci və üçüncü aylar üçün orta əmək haqqının işəgötürən tərəfindən deyil, yeni qəbul edilən “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən məşğulluq orqanları tərəfindən təmin edilməsinə, ixtisarla əlaqədar işdən azad edilən işçilərin iki aylıq xəbərdarlıq müddətinin onların həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada olmasına yönəlib. Xəbərdarlıq müddətini gözləmədən işdən azad olunan işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən orta əmək haqqının xəbərdarlıq müddətindən asılı olaraq diferensiallaşmış məbləğlərdə, eləcə də xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq verilməsi, müddətli əmək müqaviləsinin maksimal müddətinə olan məhdudiyyətin (5 il) aradan qaldırılması da dəyişikliklərdə əksini tapır”.

Nazir əmək qanunvericiliyinin pozulması ilə bağlı statistik göstəricilər, işçilərin cari və gələcək sosial müdafiə hüquqlarının səmərəli təmin olunması, eyni zamanda baş verə biləcək hüquqpozmaların əvvəlcədən qarşısının alınması baxımından Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin daim gücləndirilməsinin zəruri olduğunu vurğulayıb. S.Müslümov seminar çərçivəsində BƏT-in nümayəndələri, yerli mütəxəssislər və sosial partnyorlarla birgə aparılacaq müzakirələrin bu sahədə işlərə töhfə verəcəyinə əminliyini bildirib.

Əmək qanunvericiliyində mütərəqqi dəyişikliklərdən bəhs edən Hadi Rəcəbli əmək bazarına dövlət nəzarətinin və işçilərin əmək hüquqlarının müdafiəsi mexanizminin də dünyada olan qabaqcıl təcrübələr əsasında səmərəli təşkilinin dövlətin sosial siyasətinin əsas hədəflərindən olduğunu qeyd edib.

AHİK sədri Səttar Mehbalıyev əmək bazarının tənzimlənməsində sosial tərəfdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanda BƏT ilə əməkdaşlıq şəraitində sosial tərəfdaşlıq institutunun gücləndirilməsi üçün son illərdə mühüm addımların atıldığını, hazırkı tədbirin sosial dialoqun inkişafında da faydalı olduğunu bildirib.

ASK prezidenti Məmməd Musayev ötən ilin sentyabrında təsis olunan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ölkədə sivil sosial tərəfdaşlığın qurulmasında önəmli rol oynadığını vurğulayıb, əmək bazarına səmərəli nəzarət sisteminin formalaşması üçün sosial dialoq müstəvisində aparılan işlərin vacibliyini qeyd edib.

Xanım N.Lepink Azərbaycanda əmək münasibətlərinin tənzimlənməsi, əmək bazarına dövlət nəzarətinin profilaktik tədbirlərə üstünlük verilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatların BƏT tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması sahəsində birgə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə Xidmətin fəaliyyəti, qurumun maddi və institusional potensialının gücləndirilməsi üçün görülən işlər, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verib.

Seminarda əmək bazarında, əmək qanunvericiliyinin beynəlxalq əmək standartlarına uyğun tətbiqində və qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin təmin edilməsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin roluna, Xidmətin fəaliyyətində sosial dialoqa, əmək bazarına dövlət nəzarəti sahəsində beynəlxalq təcrübəyə, bu qurumun həyata keçirdiyi preventiv tədbirlərə, əməyin təhlükəsizliyinə dair yerli və beynəlxalq mütəxəssislər tərəfindən təqdimatların edilməsi, müvafiq mövzuda müzakirələrin aparılması nəzərdə tutulur.

Seminar iki gün davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək