CƏMİYYƏT


Dövlət Bayrağı Günü Azərbaycan Mülki Aviasiya Muzeyində qeyd olunub

A+ A

Bakı, 9 noyabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi Dövlət Bayrağı Günü münasibətilə Xətai rayonundakı 245 nömrəli məktəblə birgə tədbir təşkil edib.

Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbələri, 245 nömrəli məktəbin şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva Dövlət Bayrağı Gününün tarixindən və əhəmiyyətindən danışıb. O, şagirdlərə dövlət bayrağının mahiyyəti, dövlətçilik tariximizdə tutduğu yer, milli azadlıq hərəkatının əsas rəmzi kimi əhəmiyyəti haqqında məlumat verib.

Sonda şagirdlər Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.