MƏDƏNİYYƏT
Dövlət Bayrağı Günü münasibətilə rəsm müsabiqəsi elan edilib
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 5-14 yaş arasında olan uşaqlar və yeniyetmələr iştirak edə bilər. Müsabiqəyə göndərilən rəsmlər boya və ya ipək parça üzərində biser, rəngli saplarla tikilə bilər.
İştirakçılar rəsmləri, əl işləri ilə yanaşı özləri barədə müvafiq məlumatları noyabrın 1-dək kitabxananın kütləvi tədbirlər və ya incəsənət şöbəsinə təqdim etməlidir.
Kollaj, fotomontaj və digər formatda rəsmlər qəbul olunmur. Ətraflı məlumatı kitabxananın saytında http://clb.az/html/elanlar.shtml yerləşdirilmiş “Elanlar”dan oxumaq olar.
Müsabiqəyə göndərilən işlər geri qaytarılmır. Təşkilatçılar həmin rəsm və əl işlərindən müvafiq mövzulu tədbirlərdə istifadə edəcəklər.
Qaliblərin adı noyabrın 9-da açıqlanacaq və onlar mükafatlandırılacaqlar.
Rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Qaliblərin rəsmləri kitabxananın saytında və “Göy qurşağı” jurnalında yerləşdiriləcək.