REGİONLAR


Dövlət Gömrük Komitəsinin İran vətəndaşından aşkar etdiyi 29 min zəli göllərə buraxılıb VİDEO

Mingəçevir, 14 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

Zoologiya İnstitutunun Mingəçevirdəki süni göllərinə 29 min zəli buraxılıb.

AZƏRTAC xəbər verir ki, ötən ay Astara Gömrük İdarəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanan minlərlə zəli suya buraxılıb. Canlı orqanizm sayılan bu zəlilər İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən saxlanılıb.

Aparılan araşdırmalar zamanı zəlilərin müvafiq qurumlardan heç bir icazə olmadan Masallı rayonunun ərazisindəki müxtəlif göllərdən toplanıldığı və satışının təşkili üçün başqa ölkəyə aparıldığı məlum olub. İran vətəndaşından aşkarlanan zəlilərin bioloji mühafizəsinin təmin edilməsi üçün onlar Azərbaycan Milli Elmlər Akademiyasının və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən birgə olaraq fevralın 14-də Zoologiya İnstitutunun balansında olan Mingəçevir şəhərindəki süni göllərə buraxılıb. Zəlilərin bir müddət burada qaldıqdan sonra yenidən təbiətə buraxılacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.