CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Bakı, 8 iyul, AZƏRTAC

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına, Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, iyunun 30-da Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında DMX yanında İctimai Şuranın müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar normativ hüquqi aktlardan irəli gələn prosedura əsasən yeni seçki keçirilib və İctimai Şuraya üzvlər seçilib.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 7-də Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb. Şuranın üzvü - “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov səsvermə yolu ilə DMX yanında İctimai Şuranın sədri seçilib.

Həmin gün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Xidmətin struktur bölmə və sisteminə daxil olan qurum rəhbərlərinin iştirakı ilə İctimai Şuranın üzvləri ilə görüşüb.

Xidmət rəisi DMX yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. F.Nəbiyev Prezident İlham Əliyevin ölkəmizdə ictimai iştirakçılığa və ictimai nəzarətə xüsusi önəm verdiyini qeyd edərək, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığının qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına dəstək olduğunu vurğulayıb. Ötən iki ildə Xidmət yanında belə bir şuranın fəaliyyətinin əhəmiyyəti konkret faktlarla diqqətə çatdırılıb. Xidmət rəisi miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi DMX tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə söhbət açıb.

F.Nəbiyev respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımlardan bəhs edib.

DMX-nin əsas prioriteti kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsinə, operativlik, şəffaflıq prinsiplərinin daha mükəmməl şəkildə reallaşdırılmasına İctimai Şuranın bundan sonra da öz töhfəsini verəcəyinə inam ifadə olunub.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov şuranın planları barədə danışıb. Xidmətin ictimaiyyətlə əlaqələrə verdiyi önəmi, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq istiqamətində atılan addımları, İctimai Şura yaradılması istiqamətində ilkə imza atanlardan olmasını yüksək qiymətləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.