CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin nüfuzuna xələl gətirən qanunsuz əməllər ifşa edilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ölkəmizin beynəlxalq nüfuzuna və milli maraqlarına xələl gətirən, bərqərar olmuş hüquq sisteminə və miqrasiya tənzimləmə münasibətlərinə zərbə vurmağa cəhd edən xarici ölkə vətəndaşı tərəfindən törədilmiş cinayət əməllərini Dövlət Miqrasiya Xidməti ilə qarşılıqlı əlaqəli şəkildə ifşa edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Çex Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşının aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və sosial şəbəkələrdə yayılmış fotoşəkillərindən qanunsuz istifadə edərək saxta adla özünü Azərbaycan Respublikasının vətəndaşı kimi təqdim etməsi müəyyən olunub.

Həmin şəxs sosial şəbəkələr vasitəsilə tanış olduğu Almaniya Federativ Respublikası vətəndaşını evlənmək adı ilə aldadaraq Dövlət Miqrasiya Xidməti rəisinin imzasını və digər rəsmi sənədləri saxtalaşdırmaqla, eyni zamanda, Azərbaycan Respublikası ərazisindən çıxmaq və xarici ölkədə yaşamaq üçün Azərbaycan Respublikasındakı şəxsi bank hesabında 9 min 500 avro məbləğində pul vəsaitinin olması barədə mövcud olmayan qanunvericilik normalarına istinad edərək onun 4140 avro məbləğində pulunu Çexiyada açdığı bank hesabına köçürməklə ələ keçirib. Bundan başqa, həmin şəxs eyni məqsəd və üsulla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vətəndaşını da aldadaraq 12 min 500 funt sterlinq məbləğində pulunu ələ keçirməyə cəhd edib.

Beləliklə, aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi və həmin əməllərə cəhd edilməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.