İQTİSADİYYAT
Dövlət Neft Şirkəti Vyana İqtisadi Forumunda təmsil olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) aparıcı hökumətlərarası regional iqtisadi təşkilatlarından biri olan Vyana İqtisadi Forumunun “Dəyişikliklər zamanı yeni baxışlar və öhdəliklər” mövzusunda keçirilən 11-ci illik konfransında təmsil olunub.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, forum çərçivəsində şirkətin Avstriyadakı nümayəndəliyinin xüsusi stendi qurulub. Dövlət Neft Şirkəti haqqında təqdim olunan kitabçalar və bukletlər iştirakçılar tərəfindən maraqla qarşılanıb. İştirakçıların ARDNŞ və Azərbaycan iqtisadiyyatı ilə bağlı sualları cavablandırılıb.
Forumda əsasən iqtisadiyyat sektorunda son zamanlar cərəyan edən hadisələr, regional əməkdaşlığın inkişafı, bazarlar, maliyyə imkanları, eləcə də yeni texnologiyalar və energetika məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]