CƏMİYYƏT


Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının buraxılış mərasimi olub VİDEO

Bakı, 12 iyul, AZƏRTAC

Bu il yaradılmasının 10-сu ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanına sədaqəti, eləcə də savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, hərbi qulluqçuların peşəkar hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 12-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

Ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı Meydanında keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. E.Quliyev Azərbaycanın hər bir sərhədçisi kimi, gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirib.

Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqət sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev bu il iyunun 5-də Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edən fərman və sərənсamların imzalanmasının Azərbaycan sərhədçisinə etimadın göstəriсisi olmaqla yanaşı, Dövlət Sərhəd Xidməti üçün yeni və mühüm vəzifələr müəyyənləşdirdiyini qeyd edib. Xidmət rəisi əsas tapşırığın ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulayıb, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağına əminliyini ifadə edib.

Sonra Akademiyanı bitirən gənc zabitlərə diplomlar təqdim olunub.

Gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər.

Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.