CƏMİYYƏT


Dövlət Sərhəd Xidməti ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

A+ A

Bakı, 6 avqust, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüş olub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin müvafiq qurumları ilə Xidmət arasında uzun müddət həyata keçirilən əməkdaşlığa nəzər salınıb. BMT-nin İnkişaf Proqramının iştirakı ilə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində uğurla həyata keçirilən layihələrin vacibliyi vurğulanıb. Həmçinin birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşdüyünü qeyd edib. E.Quliyev işğal olunmuş ərazilərin transsərhəd cinayətkarlıq fəaliyyətləri üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.

Söhbət zamanı dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə əminlik bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.