DÜNYA


Dubay hakerləri ictimai yerlərdə pulsuz Wi-Fi-dan yararlanırlar

Abu-Dabi, 5 avqust, AZƏRTAC

Dubay hakerləri ictimai pulsuz internetdən istifadə edən insanların şəxsi məlumatlarını oğurlamaq üçün Wi-Fi texnologiyasından istifadə edirlər. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq Dubay polisinin kibercinayətkarlığa qarşı mübarizə departamenti ictimai yerlərdə pulsuz internetdən istifadə edən rezidentlərə xəbərdarlıq edib.

Hakerlər ticarət mərkəzlərində və insanların sıx toplaşdığı digər yerlərdə pulsuz istifadə nöqtələri yaradırlar. Heç nədən şübhələnməyən istifadəçilər şəbəkələrə qoşulur və öz şəxsi məlumatlarını kibercinayətkarların qurğularına göndərirlər. Cinayətkarlar Wi-Fi-ya çox vaxt ilk baxışda təhlükəsiz səslənən “pulsuz ictimai Wi-Fi” deyilən qoşulma nöqtələri yaradır və vətəndaşların fərdi məlumatlarını oğurlayırlar. Daha sonra bu məlumatlardan onlardan pul qoparmaq üçün istifadə edirlər. Hakerlər şəxsi informasiyanın müdafiəsi, məlumatların şifrlənməsi texnikasından, habelə ictimai şəbəkələrə qoşulma zamanı məruz qaldıqları risklərdən çox adamın xəbərdar olmamasından da yararlanırlar.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.