CƏMİYYƏT
Düşənbədə MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 20-ci iclası keçirilib
Düşənbə, 24 may, АZƏRTAC
Düşənbədə MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 20-ci yubiley iclası keçirilib.
Şuranın iclasında Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə iştirak edib.
İclasda çıxış edən Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Taqoyzoda bu sahədə mövcud problemlərdən danışıb. Bildirib ki, əmək miqrasiyası həyatımızın bir hissəsinə çevrilib.
Şuranın iclasında MDB dövlətlərində miqrasiyanın vəziyyəti, miqrasiya sahəsindəki milli qanunvericilikdəki dəyişikliklər, qanunvericilik aktlarının hazırlanması, bununla bağlı model qanunların təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində təcrübə mübadiləsinin aparılması, miqrasiya sahəsində MDB ölkələri arasında əməkdaşlıq, qeyri-qanuni miqrantların yerləşdirilməsi, əmək miqrantlarına məsləhət xidmətləri məsələləri müzakirə olunub. Həmçinin Şuranın 21-ci iclasının yeri və vaxtı da razılaşdırılıb.
Arif Rəhimzadə müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə