CƏMİYYƏT


ECO korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirir

Bakı, 6 iyun, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikir ECO-ya üzv olan dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilən 3-cü iclası çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ilə qurumun baş katibinin müavini Seyed Calaluddin Ələvinin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqların etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər, eləcə də ECO-ya üzv olan dövlətlərlə bütün istiqamətlər üzrə səmərəli əməkdaşlığın qurulması və hüquqi sahədə əlaqələrin inkişafı barədə qonaqlara ətraflı məlumat verilib.

ECO ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Seyed Calaluddin Ələvi Bakıda keçirilən iclasın əhəmiyyətini vurğulayaraq, korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.