CƏMİYYƏT


Ekologiya və təbii sərvətlər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 28-də saat 10:00-da Gədəbəy Mədəniyyət Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Gəncə şəhəri, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonları sakinlərinin şikayət və müraciətlərinə baxılacaq, lazımi tədbirlər görüləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (əlaqə telefonları: 022-326-48-41, 050-522-05-89, 055-305-90-99) müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.