CƏMİYYƏT


“Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsinin icrasına başlanılıb

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşəbbüsü ilə “Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsinin icrasına başlanılıb.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, açılış tədbirində layihə rəhbəri Taleh Əsgərov nəzərdə tutulan işlər barədə məlumat verib, ətraf mühitin mühafizəsinin zəruriliyindən və bu baxımdan hər bir vətəndaşın ictimai məsuliyyətindən danışıb.

Tədbirdə, həmçinin son illərdə sürətlə inkişaf edən Azərbaycanda digər sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi istiqamətində də dövlət tərəfindən atılan addımlar diqqətə çatdırılıb. Bu sahənin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.