CƏMİYYƏT
“Ekologiyasız həyat yoxdur” layihəsinin ikinci seminarı keçirilib
AZƏRTAC xəbər verir ki, qurumun layihələr üzrə əlaqələndiricisi Leyla Kərimova seminar proqramı haqqında gənclərə məlumat verib.
Sonra Ekologiya İdarəsinin texniki istehsalat şöbəsinin mühəndisi, ekspert Roman İsayev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti”, “Ətraf mühitin vəziyyətinin öyrənilməsi”, “Neftlə çirklənmiş torpaqların təmizlənməsi”, “Tullantıların idarə olunması”, “Yaşıllaşdırma işləri”, “Eko-Park” layihəsi və s. mövzular ətrafında gənclərlə müzakirə aparıb.
Sentyabrın 12-də gənclər üçün ekoloji tur da təşkil edilib.
Qeyd edək ki, layihə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 11-ci bəndini - “Ətraf mühitin qorunması və ekologiya məsələləri”ni əsas tutaraq icra edilir. Məhz buna görə də YAP Gənclər Birliyi sentyabr ayını “Ekologiya ayı” elan edərək ekoloji layihələr həyata keçirir. Bir ay boyunca hər həftənin 5–ci günü təlimlər, 6-cı günü isə ekoloji turlar təşkil ediləcək.
Sentyabrın 30-dək davam edəcək layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq. Layihənin sonunda videoçarx da hazırlanacaq.