DÜNYA


Eksperimental proqram əlavə reallıqda “ağıllı evi” idarə edəcək VİDEO

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

“Microsoft HoloLens” eynəyini icad edən mütəxəssislərin San-Fransiskoda keçirdiyi forum çərçivəsində iştirakçılardan biri əlavə reallıq rejimində “ağıllı ev” elementlərinin idarəetmə üsulunu yaratmaq təşəbbüsü ilə çıxış edib.

AZƏRTAC “ictnews.az” saytına istinadla xəbər verir ki, “IoT x MR” eksperimental əlavəsi istifadəçilərə baxış və ən sadə jestlər vasitəsilə istənilən smart qurğunu idarə etməyə imkan verir. Əlavə yaradıcısı İen Sterlinq layihənin bütün gələcək imkanlarını göstərən videonu nümayiş etdirib.

“Ağıllı ev” elementlərinin idarə edilməsindən başqa eksperimental proqram qoşulma zamanı məkanı sakitləşdirici nümunə və melodiyalarla dolduran “virtual dzen” rejimini işə salır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.