CƏMİYYƏT


“Elektron xidmətlərin təbliğində gənclərin rolu”  layihəsinin icrası başa çatdırılıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

“İrəli” İctimai Birliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə icra olunan “Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinə yekun vurulub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində keçirilən təlimlərdə gənclərə elektron xidmətin növləri, bu sahədə mövcud qanunvericilik bazası, elektron xidmətin üstünlükləri, təşkili, “Asan imza” və onun əldə olunması, elektron imzanın istifadə qaydaları və s. məsələlərlə bağlı məlumat verilib.

Sonra iştirakçılar arasında elektron xidmətlərin təbliği ilə bağlı intellektual oyun keçirilib və qaliblər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.