Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər

Bakı, 24 aprel, AZƏRTAC

Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər. Bu barədə bir çox dövlətlərin  rəsmi arxivlərində kifayət qədər sənədlər və sübutlar vardır. Əlbəttə, bu sənədlər indi ermənilərin uydurma “soyqırımı” iddialarını müdafiə edən ölkələrin dövlət adamlarına, siyasətçilərinə məlumdur. Ancaq təəssüf ki, onlar bu tarixi həqiqətin üstündən sükutla keçir, həqiqəti siyasi maraqlara qurban verirlər. Yazıçı-tarixi araşdırmaçı “Erməni məsələsi və türk-müsəlman soyqırımı” ensiklopedik kitabın müəllifi Xaqani İsmayılın “Ermənilər təkcə türk-müsəlman xalqlarına deyil, xristian və yəhudilərə də qarşı soyqırımları törədiblər” sərlövhəli məqaləsində bu məsələlərdən danışılır.

AZƏRTAC məqaləni təqdim edir.

X X X

“Erməni soyqırımı” iddialarını təsdiq edən heç bir tarixi sənədi ortaya qoya bilməyən erməni millətçilərinin birinci Dünya müharibəsi zamanı Rusiya, İngiltərə, Fransa və onların müttəfiqlərinin sırasında ayrıca bölüklər halında savaşa qatıldığı zaman fürsətgirlik edərək Türkiyədə, Azərbaycanda, Gürcüstanda, Şimali Qafqazda, Güney Azərbaycanda (İran) və Orta Asiyada mülki türk-müsəlman əhaliyə qarşı soyqırımı törətdiyi və bu hadisələrin yüz minlərlə insan tələfatına və milyonlarla insanın qaçqınlıq taleyi yaşamasına gətirib çıxardığı bir çox dövlətlərin arxiv materialları və sənədli qaynaqlar əsasında dəfələrlə sübuta yetirilib. (Bax: Xaqani İSMAYIL. “Erməni məsələsi və türk-müsəlman soyqırımı” (Ensiklopedik tarixi araşdırma)., Bakı, 2012).

Tarixi araşdırmalarımızın bu xülasəsində isə biz bütün elmi-tədqiqat institutlarının nəzərindən yayınan çox mühüm bir məsələyə - ermənilərin xristianlara və yəhudilərə qarşi törətdiyi etnik təmizləmə, soyqırımı, deportasiya və zorlama fəaliyyətlərinə arxiv sənədləri və digər tarixi qaynaqlar əsasında aydınlıq gətirəcəyik.

Qarsda ruslara və yunanlara qarşı soyqırımı (1919-1920)

1919-cu ildə ingilislərin 12 min nəfərlik şotlandiyalı və yeni zelandiyalı əsgərlə hərbi təcavüzü (bax: Ziya Zakir Acar. Aras Türk Cümhuriyyəti., 2013, Ankara, s.42) nəticəsində Qarsda ermənilər burada yaşayan xalqlara qarşı sözün əsl mənasında soyqırımı, talanlar və deportasiya həyata keçirməyə başladılar. Bu cinayətlərlə bağlı aşağıdakı iki arxiv sənədindən bəzi məqamlara diqqət yetirək:

“Daşnaklar qeyri-erməni əhalinin ermənilərdən azı 3 dəfə artıq olduğu Qars vilayətində erməni respublikası yaratmaq üçün qanlı yol seçdilər...

Moskva hadisələrindən (Bolşevik çevrilişi -X.İ.) sonra ruslar və yunanlar etibarsız hesab edildilər. Talanlar və zorakılıq başlandı. Çoxlu adam öldürüldü və həbs edildi, qadınlar zorlandı...”

Sənəddə daşnakların qətliam və zorakılığının tüğyan etdiyi Qars vilayətinin ruslar yaşayan Blaqodarnoye, Novoselim, Vladiqars, Novopetrovka kəndlərinin adı çəkilir.

Sənəddə deyilir: “Blaqodarnoye kəndində xeyli adam öldürülmüş, ermənilər tərəfindən təqib olunanların çoxu qaçıb canını qurtarmışdır; Novoselim kəndində isə 15 qadın zorlanmış və kəndxuda öldürülmüşdür; Novopetrovka kəndində günün günortaçağı 4 kişi öldürülmüş, bir qadın və onun 10 yaşlı qızı zorlandıqdan sonra döşləri və cinsi orqanları kəsilmişdir…”

Yuxarıdakı sitatlar və məlumatlar Qars vilayəti Rus Milli Şurasının üzvü, nümayəndə-müvəkkilin RSFSR-in Gürcüstandaki səlahiyyətli nümayəndəsinə ünvanladığı 1920-ci il 9 iyul tarixli müraciətindən götürülmüşdür. O, həmçinin xahiş edir ki, Qars vilayəti əhalisinin qırğınına son qoymaq üçün mümkün tədbirlər görülsün və tezliklə rusların bu faciəli durumdan xilas olaraq Şimali Qafqaza köçürülməsində Rusiya hökuməti onlara kömək göstərsin (bax: Государственный Архив Азербайджанской Республики.(ГААР). Ф. 28, Оп. 1, Д. 171.Л.14-15).

Qars vilayətindəki rusların və başqa xalqların ermənilər tərəfindən soyqırımı, talan və deportasiyaya məruz qalmaları barədə daha bir sənəd S.Kirovun Rusiya xarici işlər naziri Çiçerinə 1920-ci il iyunun 29-da göndərdiyi 94 saylı teleqramdır. Teleqramda deyilir: “Qars vilayətinin otuz min rus əhalisindən yalnız on beş mini qalıb, qalanları canını qurtarmaq üçün Türkiyə və ya Rusiya qaçıb, yaxud ermənilər tərəfindən öldürülüb...” (bax: Российский государственный архив социально-политической истории. Ф.5. Оп.1. Д. 2178.Л.1).

Qafqaz almanlarına qarşı erməni terroru və ermənilərin

alman yaşayiş məntəqələrini zəbt etməsi

Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Göygöl (əvvəllər: Helenendorf) rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri siyasi terror yaxın illərədək ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub. 

Bu faktlar içərisində ən diqqətçəkəni 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində Daşnaksütyun partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə sənəddir. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək Daşnaksütyun partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir (bax: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi Fond 276, siyahı 9, iş 66. vərəq 436-438).

Bu acı faktlarla tanış olan Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux öz təəssüratını “Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq” sözləri ilə ifadə edib (bax: “525-ci qəzet”, Bakı,16.09.2006).

1918-ci ilin dekabrında da alman hərbi missiyasını qorxuya salaraq bölgədən çıxmağa vadar etmək, ingilislərin köməyi ilə Qafqazda ağalığı ələ almaq üçün ermənilər terrora əl atdılar. Onlar Tiflisdəki yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının yerləşdiyi “Palas” otelini gizlicə yandırdılar (Bax: Kress von Kressenstein. Meine Mission im Kaukasus, 12. Oktober 1943 (Copyright © Goethe-Institut 2005)., s.37). Sonuncu alman Yeqer polku Tiflisdən çıxdığı günün sabahı erməni terrorçular Gürcüstan sərhədlərini keçərək Tiflisin 40 kilometrliyinədək irəlilədi.

Sovet dönəmində isə Göygöldə ermənilərin mənfur davranışı almanları o həddə çatdırır ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına “Ermənilər qaniçəndirlər, onlar kəndlilərin son damla qanına qədər sorurlar» şüarları yapışdırırlar (Bax: Джафарли М.Ш. Политический террор и судьбы Азербайджанских немцев», Баку, 2003. s.46, 83; - bax: Abbas Seyidov. Yelenendorf-Yeleneno-Xanlar, Bakı, 2007, s.26).

Bu hadisələrdən sonra Sovet rəhbərliyindəki A.Mikoyanın vasitəsilə ermənilər Göygöl və Şəmkirdəki (əvvəllər: Annenfeld) Sibirə sürgün olunan almanların evlərinə köçürülərək dolayısı ilə alman məntəqələrini zəbt edirlər.

Gürcülərin soyqırımı

1905-ci və 1918-ci illərdə ermənilər tərəfindən kütləvi qırğına, soyqırımı və işğala məruz qalan gürcülər (Bax: Преступления армянских террористических и бандитских формирований против человечества (ХIX - XXI вв.), Баку, 2002., с. 42-43, 101-102, 144) 1992-1993-cü illərdə isə Abxaziya hadisələrində təkrar soyqırıma məruz qalmışlar... Bu hadisələr haqqında Gürcüstan Baş Prokurorluğundakı istintaq materialları “Marşal Baqramyan adına erməni batalyonu”nun Abxaziyada (Qulripşi, Qali, Qaqra və Suxumi bölgələrində) gürcülərə qarşı sözün əsl mənasında müdhiş hərbi faciələr silsiləsi törətdiyini, gürcü qadınları ilə alçaldıcı davranaraq onlara təcavüz edildiyini sübuta yetirir (bax: Бондо Арвеладзе, Теймураз Мибчуани. Армянский батальон имени Баграмяна и этночистка грузин в Абхазии., Тбилиси, 2009).

1993-cü il sentyabrın 27-də və sonrakı günlərdə gürcü qadınlarına, uşaqlarına qarşı məkrli şəkildə qırğın törədən erməni yaraqlılar qışqıraraq deyirdilər: “Abxaziya sizin idi, indi oldu bizim-Abxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir.” (Bax: “Серги Саджая. Когда засада цель жизни. “Республика Грузии”, 2006, №220).

Ermənilərin yəhudilərə qarşı törətdiyi soyqırımı (1918)

1918-ci ildə bolşevik libası geymiş ermənilərin Amazaspın başçılığı ilə Azərbaycanın Quba bölgəsində törətdiyi yəhudi soyqırımı Şimi dərəsi deyilən ərazidə daha qabarıq yadda qalıb: ermənilər dəstə-dəstə buraya gətirilən yəhudiləri ələ salır, qızları və uşaqları zorlayır, yaşlıların və yeniyetmələrin burun və qulaqlarını kəsir, sonra öldürüb Şimi dərəsində ataraq gedirdilər... 1918-ci ildə Quba şəhərində və Quba-Xaçmaz yolunda erməni silahlıları tərəfindən kütləvi şəkildə qırğına məruz qalan yəhudilərin tam olmayan siyahısı da yəhudi icmasının rəhbərlərindən Yevda Abramov tərəfindən müvafiq möhürlə təsdiqlənərək aidiyyatı instansiyalara təqdim edilib (Bax: Min qətlin sirri. “Hesabat” jurnalı, 16 (53), 2006, Bakı. s.28-34; Р.Мустафаев “Танго смерти”, Москва, 2008, с.24-25,29-32, 54).

Yuxarıda sadalanan bütün bu ədalətsizliklərə dünya dövlətləri, beynəlxalq təşkilatlar və mütərəqqi liderlər hüquqi, siyasi, mənəvi qiymət verməli, dünyanın gələcəyinə yönələn kəşməkəşli dolanbaclarda millətlər kimin kim olduğunu nəzərə alaraq yol yoldaşlarını və onları arxadan vura biləcək, ehtiyat edilməli olan şovinist etnik qrupları doğru-dürüst seçməlidirlər!

Xaqani İsmayil

yazıçı-tarixi araşdırmaçı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib