DÜNYA


“Eurovision-2017” mahnı müsabiqəsi Kiyevdə keçiriləcək

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Ukrayna təşkilat komitəsi 2017-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsini qəbul edəcək şəhəri müəyyənləşdirib.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Ukrayna Milli Televiziyasının sədri Zurab Alasaniya “Eurovision-2017” mahnı müsabiqəsinin Kiyevdə keçiriləcəyini elan edib.

Müsabiqənin keçirilməsinə Kiyevlə yanaşı, Odessa və Dnepr şəhərləri də iddia edirdi. Şəhərlərin seçilməsi zamanı Kiyev 19 səs, Odessa isə 2 səs alıb. Beynəlxalq mahnı müsabiqəsi təxminən 60 min kvadratmetr sahəsi olan Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

Xatırladaq “Eurovision”un keçiriləcəyi yer hələ iyul ayında elan olunmalı idi. Lakin bu, maliyyə çətinlikləri ilə bağlı bir neçə dəfə təxirə salınmışdı. Baş verən ləngimələr müsabiqənin ev sahibliyi hüququnun Ukraynadan alınacağına dair şayiələrə rəvac vermişdi.

Qeyd edək ki, bu, Ukraynada keçiriləcək sayca ikinci “Eurovision” yarışması olacaq. Kiyev 2005-ci ildə artıq bir dəfə müsabiqəyə ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.