CƏMİYYƏT


FHN Akademiyasında dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü qeyd olunub VİDEO

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, mərasim dövlət himninin oxunması ilə başlayıb.

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov rəhbərlik etdiyi ali təhsil ocağının kollektivini bayram münasibətilə təbrik edib. O, 25 il əvvəl “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunmasını hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə adlandırıb. Azərbaycanın müstəqillik tarixindən bəhs edən Akademiyanın rəisi ölkəmizin suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. Qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun lider dövlətinə çevrilib. Məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycanın müstəqilliyini möhkəmləndirib.

Sonra Akademiyanın humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Füzuli İbrahimzadə “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir!” mövzusunda məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.