İDMAN


FIFA versiyası üzrə 2016-cı ilin ən yaxşılarının mükafatlandırılma mərasimi keçirilir

Bakı, 9 yanvar, AZƏRTAC

İsveçrənin Sürix şəhərində FIFA versiyası üzrə 2016-cı ilin ən yaxşılarının mükafatlandırılma mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə yeddi mükafatın sahibi müəyyənləşdiriləcək.

“FİFA ən yaxşı kişi futbolçusu” mükafatına Kriştianu Ronaldo (Portuqaliya, “Real”), Lionel Messi (Argentina, “Barselona”) və Antuan Qrizmann (Fransa, “Atletiko”) namizəddirlər.

“FİFA ən yaxşı qadın futbolçusu” mükafatını qazanmağa namizədlər isə Melani Behringer (Almaniya, “Bavariya”), Çarli Lloyd (ABŞ, “Hyuston”) və Martadıdır (Braziliya, “Rozenqard”).

“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında Klaudio Ranyeri (“Lester”), Fernando Santuş (Portuqaliya) və Zinəddin Zidan (“Real”) mükafat qazanmağa namizəddir.

“FİFA ən yaxşı qadın məşqçisi” adına da üç iddiaçı var: Jil Ellis (ABŞ), Silviya Neyd (Almaniya) və Pia Sandheyc (İsveç).

“FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunacaq. Bu mükafatı qazanmağa Marlon (“Korintians”), Danyuşka Rodriges (Venesuela) və Mohd Faiz Subri (“Penanq”) namizəddir.

FİFA Feyr-pley mükafatının sahibi də bu tədbirdə məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.