CƏMİYYƏT


Faktiki hava: Dağlıq ərazilərdə 14 dərəcə şaxta qeydə alınıb

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabrın 23-ü gündüzdən 24-ü səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, noyabrın 24-ü səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb. Yağıntının miqdarı Şabranda 4, Çilov adası, Qəbələdə 3, Oğuz, İsmayıllı, Kişçayda (Şəki) 2 millimetr olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 8, Lerikdə 4, Xınalıqda 3, Şabran, Rvarudda 2, Pirallahı, Qəbələ, Şamaxıda 1 santimetr olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 4-6, Aran rayonlarında 0-4, dağlıq rayonlarda və Naxçıvan Muxtar Respublikasında 8-12, Böyük Qafqazın yüksək dağlıq ərazilərində 14 dərəcə şaxta təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.