CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “Xəzər-2016” beynəlxalq kompleks təlimdə iştirak edirlər

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC 

Sentyabrın 21-22-də Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nümayəndə heyəti təlimdə iştirak edir.

Beynəlxalq kompleks təlimdə Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi, “Vixr-9” yanğınsöndürən gəmisi və xilasedici dəstəsi iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.