CƏMİYYƏT
Fövqəladə hallar naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Daşkəsən şəhərindəki Dövlət Arxivi İdarəsinin binasında saat 11.00-dan vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) aprelin 28-də saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]