REGİONLAR
Fövqəladə hallar naziri Saatlıda vətəndaşları qəbul edib
Saatlı, 27 may, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mayın 27-də Saatlı şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Saatlı, Sabirabad, Hacıqabul və İmişli rayon sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərinmüraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 128, digər məsələlərlə bağlı müraciət etmiş 87 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Qəbula gələn sakinlər nazirlə birbaşa görüş üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləyib və bölgələrdə bu cür qəbulların təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.