SİYASƏT


Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə davamlı həllinin tərəfdarıdır

Paris, 5 iyul, AZƏRTAC 

Fransa iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş verən insidentdən kədərlənir.

Bunu AZƏRTAC-ın xüsusi müxbirinin yazılı sualına cavab olaraq Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Həmçinin qeyd edilib ki, Fransa tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırır, regionun sabitlik və tərəqqidən bəhrələnməsi üçün münaqişənin danışıqlar vasitəsilə davamlı həllinin tərəfdarıdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.