REGİONLAR


Füzulili məzunlardan 450 nəfəri tələbə adını qazanıb

Horadiz, 26 avqust, AZƏRTAC

Bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1100 məzundan 540 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib. Məzunlardan 342-si respublikanın müxtəlif ali məktəblərinə, 108-i isə orta ixtisas məktəblərinə qəbul olub.

Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tələbə adını qazanan gənclərdən 50 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən çox bal toplayıb. 38 nömrəli tam orta məktəbin məzunu Orxan Atakişili 671 balla ADA Universitetinə, 47 nömrəli tam orta məktəbin məzunu Şirvan Hümbətli 663 balla Polis Akademiyasına, Böyük Bəhmənli-2 kənd tam orta məktəbinin məzunu Vəli Səfərov 662 balla Bakı Dövlət Universitetinə qəbul olaraq, rayon üzrə ən yüksək nəticə göstəriblər.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni 48, 1, 47, 5 nömrəli, Qayıdış qəsəbə 7 nömrəli, Əhmədbəyli kənd tam orta məktəblərinin məzunları göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.