DÜNYA
G7 liderlərinin iclasına digər bir sıra ölkələrin və beynəlxalq təşkilatların liderləri də qatılacaqlar
Tokio, 26 may, AZƏRTAC
“Böyük yeddiliyə” daxil olmayan yeddi ölkənin və beş beynəlxalq təşkilatın rəhbərləri G7 liderlərinin geniş tərkibli iclasına qatılacaqlar. Həmin iclas sammitin ikinci günü, mayın 27-də keçiriləcək.
Geniş tərkibli iclasda cari ildə ASEAN-a sədrlik edən Laosun, eyni zamanda, Vyetnam, İndoneziya, Banqladeş, Şri-Lanka və Papua-Yeni Qvineyanın, həmçinin hazırda Afrika İttifaqına sədrlik edən Çadın liderləri iştirak edəcəklər.
Həmin iclasa BMT-nin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Asiya İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərləri də qatılacaqlar.
NHK televiziya kanalının məlumatına görə, iclasda Asiya regionunda və Afrikada sabitlik və inkişaf məsələləri barədə müzakirələr aparılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio