REGİONLAR


Gələn il Samuxda 2500 hektar sahədə pambıq və çuğundur əkiləcək

A+ A

Samux, 20 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gələn ilin məhsulu üçün Samux rayonunda 1000 hektardan çox pambıq, 1500 hektar çuğundur əkilməsi nəzərdə tutulur. Həmçinin rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə ilk dəfə olaraq çəkil plantasiyalarının salınması da planlaşdırılır. Bu barədə Samux Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda bildirilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin ölkədə pambıqçılığın, baramaçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafına dair verdiyi tapşırıq və tövsiyələr Samux Rayon İcra Hakimiyyətində geniş təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd olunub ki, cari ildə rayonun Qırmızı Samux qəsəbəsi ərazisində 300 hektar sahədə “Qarabağ Region” MKT MMC tərəfindən pambıq səpini aparılıb. Həmin sahələrin becərilməsinə 200 nəfərdən çox yerli sakin mövsümi işlərə cəlb edilib. Əkilən pambıq sahəsinin suvarılması üçün 260 hektar ərazidə pivot müasir suvarma sistemi, 40 hektarda isə şırım üsulu tətbiq olunub. Bu vaxta kimi sahələrdən 460 ton ağ qızıl toplanılıb. Sahələrdə məhsuldarlıq orta hesabla 25-30 sentner təşkil edib.

Hazırda rayonda pambıq əkinlərinin genişləndirilməsi və bu işə fermerlərin marağını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.